Baş nazir: Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızda separatizmin kökü birdəfəlik kəsilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Baş nazir: Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızda separatizmin kökü birdəfəlik kəsilib

11:48 - 05 / 12 / 2023
Baş nazir: Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızda separatizmin kökü birdəfəlik kəsilib

Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızda separatizmin kökü birdəfəlik kəsilib.

1news.az APA-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında 2024-cü il büdcə zərfinin müzakirəsi zamanı Baş nazir Əli Əsədov deyib.

Baş nazir bildirib ki, artıq bir müddətdir ki, Milli Məclisin müxtəlif komitələrində büdcə müzakirələri çox fəal şəkildə aparılır: 'Cəmiyyəti narahat edən məsələləri deputatlar müzakirələrdə qaldırıb və bunlar aidiyyəti qurumlar tərəfindən cavablandırılıb. Ötən ilin büdcə müzakirələri zamanı millət vəkilləri tərəfindən qaldırılan bir çox məsələlər bu il öz həllini tapıb. Azərbaycan bütün sahələrdə misli görünməmiş inkişaf və tərəqqiyə nail olub. Cari ildə biz cənab İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsinin 20 illiyini qeyd edirik. Ötən 20 il ərzində ölkəmiz bütün sahələrdə sürətli inkişafa nail oldu, Azərbaycanın siyasi iqtisadi imkanları genişləndi, müasir ordumuz yaradılıb. Təbii ki, əsrə bərabər 20 ilin ən şanlı səhifəsi işğal altındakı torpaqların azad olunması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş Vətən müharibəsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə sentyabrın 19-da keçirilən 1 günlük antiterror tədbirləri ilə torpaqlarımızda separatizmin kökü birdəfəlik kəsilib”.

Paylaş:
153

Son xəbərlər

TƏBİB-in təşkilatçılığı ilə işğaldan azad edilmiş ərazilərdə tibbi aksiya keçirilib - FOTO01 / 11 / 2024, 17:53COP29 Çağrı Mərkəzi fəaliyyətə başlayıb01 / 11 / 2024, 17:35Tərtərdə şəhid Möhübbət Mustafayevlə vida mərasimi keçirilib01 / 11 / 2024, 17:18Temperatur 7-10 dərəcə enəcək - XƏBƏRDARLIQ01 / 11 / 2024, 16:51Ağdaşa icra başçısı təyin edilən Orxan Hüseynzadə kimdir? - DOSYE01 / 11 / 2024, 16:49Ağdaş rayonuna yeni icra başçısı təyin edilib01 / 11 / 2024, 16:43İqtisadi Şuranın növbəti iclası keçirilib01 / 11 / 2024, 16:35Azərbaycanda təsdiqlənən emissiya prospektlərinin sayı rekord həddə çatıb01 / 11 / 2024, 16:33COP29-a ev sahibliyi etmək Azərbaycana hansı iqtisadi faydalar gətirəcək?01 / 11 / 2024, 16:14Ağdamda Birinci Qarabağ müharibəsinin şəhidi Cahangir Səfərov dəfn edilib01 / 11 / 2024, 16:01Yardımlıda keçmiş məhkum narkotiklə bağlı həbs olunub01 / 11 / 2024, 15:43Şəkidə Birinci Qarabağ müharibəsinin şəhidi Şahid Məmmədov dəfn edilib01 / 11 / 2024, 15:28DİM-də “Cari zal nəzarətçilərinin elektron qeydiyyatı” sistemi aktiv edilib01 / 11 / 2024, 14:567 il ərzində Azərbaycana buraxılmayan əcnəbilərin sayı açıqlandı01 / 11 / 2024, 14:27Göyçayda Birinci Qarabağ müharibəsinin şəhidi İsmət Piriyev dəfn edilib - YENİLƏNİB01 / 11 / 2024, 14:26Prezident Somalinin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB01 / 11 / 2024, 14:08Dövlət başçısı İspaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB01 / 11 / 2024, 13:21Noyabrın 2-ci günü hava necə olacaq? - PROQNOZ01 / 11 / 2024, 12:56I Qarabağ müharibəsinin şəhidi Ələkbər Babayev dəfn edilib01 / 11 / 2024, 12:29General Elşən Verdiyev: DSX-da COP29-la bağlı işlər yekunlaşıb01 / 11 / 2024, 12:19
Bütün xəbərlər