Mikayıl Cabbarov rabitə və informasiya texnologiyaları işçilərini təbrik edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Mikayıl Cabbarov rabitə və informasiya texnologiyaları işçilərini təbrik edib

10:39 - 06 / 12 / 2023
Mikayıl Cabbarov rabitə və informasiya texnologiyaları işçilərini təbrik edib

İqtisadiyyat naziri Mikayıl Cabbarov rabitə və informasiya texnologiyaları işçilərini təbrik edib.

1news.az xəbər verir ki, nazir təbrikini “X” sosial şəbəkəsindəki hesabında bildirib.

“Bu gün – 6 dekabr ölkəmizdə rabitə və informasiya texnologiyaları işçilərinin peşəbayramıdır. Azərbaycanda yüksək texnoloji tutumlu və rəqabətli iqtisadiyyatın formalaşmasında rabitə və informasiya texnologiyaları sektorunun təmsilçilərinin əhəmiyyətli rolu var. Bu sahə üzrə fəaliyyət göstərən hər kəsi əlamətdar gün münasibətilə təbrik edir, işlərində uğurlar arzulayırıq”, - deyə o qeyd edib.

Paylaş:
268

Son xəbərlər

Abşeronda sex yanır

Bu gün, 13:36
Bütün xəbərlər