YAP fəalları ilə görüş keçirilmişdir - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

YAP fəalları ilə görüş keçirilmişdir - FOTO

14:02 - 07 / 12 / 2023
YAP fəalları ilə görüş keçirilmişdir - FOTO

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov və millət vəkili Kamaləddin Qafarov Biləcəri qəsəbəsinin Asəf Zeynallı küçəsində partiya fəalları ilə görüş keçirib.

V.İsmayılıov bildirib ki, Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olan Yeni Azərbaycan Partiyası ölkəmizin ən güclü və nüfuzlu partiyasıdır. YAP Azərbaycanda siyasi mədəniyyətin və siyasi sistemin formalaşmasına, təkmilləşməsinə fundamental töhfələr verən ümumxalq partiyasıdır. Yeni Azərbaycan Partiyasının VII qurultayında möhtərəm Prezidentimiz cənab İlham Əliyevin proqram xarakterli, müasir dövrün, 44 günlük İkinci Qarabağ müharibəsində Qələbəmizin yaratdığı yeni reallıqları özündə əks etdirən nitqinin bu gün bütün partiya üzvləri üçün yeni vəzifələr müəyyənləşdirdiyini bildirdi.

Millət vəkili Kəmaləddin Qafarov öz çıxışında qeyd edib ki, Prezident İlham Əliyevin güclü siyasi iradəsi sayəsində Azərbaycanın bütün dünya miqyasında nümunəvi sayılan və bir sıra mütərəqqi cəhətləri ilə fərqlənən yeni keyfiyyətli inkişaf modeli formalaşıb. Həyata keçirilən davamlı islahatlar sayəsində Azərbaycan ötən müddətdə ölkənin iqtisadi müstəqilliyinin təmin olunması yolunda inamlı addımlar atıb. Ölkədə müasir çağırışlarla səsləşən, kreativ yanaşmalara geniş meydan verən sərbəst bazar iqtisadiyyatına transformasiya prosesi uğurla yekunlaşıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan uğurla inkişaf edir, daxili siyasi sabitliyini daha da möhkəmləndirir.

Paylaş:
141

Son xəbərlər

Ahıl və tənha vətəndaşları aldadaraq pullarını ələ keçirən daha 1 nəfər saxlanılıb03 / 10 / 2024, 17:50Sergey Narışkin Bakıda səfərdədir03 / 10 / 2024, 17:44PAŞA Holding-in sponsorluğu ilə növbəti Bakı Beynəlxalq Piano Festivalı keçirilib - FOTO03 / 10 / 2024, 17:40Abbas Mirzə Şərifzadə küçəsində avtobus zolağında vaxt məhdudiyyəti tətbiq edilib - FOTO03 / 10 / 2024, 17:36Milli Məclisin Gənclər və idman komitəsinin 2024-cü ilin payız sessiyasında ilk iclası keçirilib03 / 10 / 2024, 17:10Ayxan Hacızadədən Litvanın xarici işlər nazirinə CAVAB03 / 10 / 2024, 17:01Azərbaycanlı professor 8 milyon avro mükafat qazanıb03 / 10 / 2024, 16:58Azərbaycan ilə Özbəkistan arasında kompüter dəstəkli komanda-qərargah təlimi keçirilir03 / 10 / 2024, 16:48İlham Əliyev Horovlu kəndində fərdi evlərin və sosial obyektlərin tikintisi ilə tanış olub - YENİLƏNİB03 / 10 / 2024, 16:40Konstitusiya Məhkəməsində İslam Əməkdaşlıq Təşkilatının nümayəndələri ilə görüş keçirilib03 / 10 / 2024, 16:35Zəngilan rayonunda “Sarıqışlaq” Su Elektrik Stansiyası istifadəyə verilib03 / 10 / 2024, 16:21Leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var - XƏBƏRDARLIQ03 / 10 / 2024, 16:11Buraxılış imtahanında yeni model tətbiq ediləcək03 / 10 / 2024, 15:59Bakı metrosunda qatar yoluna düşən kişi ölüb03 / 10 / 2024, 15:47Azərbaycanda səfərdə olan Macarıstan hərbçiləri Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissəsində olublar - VİDEO03 / 10 / 2024, 15:35Zəngilan şəhərində beşinci və altıncı yaşayış komplekslərinin təməlləri qoyulub03 / 10 / 2024, 15:11Bakıda 5 marşrut xəttinin hərəkət sxemində dəyişiklik olacaq03 / 10 / 2024, 15:00Prezident Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib03 / 10 / 2024, 14:57İcma: Litva qoy gedib müxtəlif xalqların harmoniya içində yaşamasını Azərbaycandan öyrənsin03 / 10 / 2024, 14:44Cəbrayıl rayonunda “Karabakh Stone” MMC-nin zavodunun təməli qoyulub03 / 10 / 2024, 14:41
Bütün xəbərlər