Masallı sakinlərindən qanunsuz saxlanılan odlu silahlar götürülüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Masallı sakinlərindən qanunsuz saxlanılan odlu silahlar götürülüb

17:48 - 07 / 12 / 2023
Masallı sakinlərindən qanunsuz saxlanılan odlu silahlar götürülüb

Masallı rayon sakinlərindən qanunsuz saxlanılan odlu silahlar təhvil götürülüb.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi və ya könüllü təhvil verilməsinin təmin olunması istiqamətində tədbirlər davam etdirilir.

Keçirilən növbəti tədbirlər nəticəsində daha 3 nəfər rayon sakini müvafiq sənədləri olmadan qanunsuz saxladıqları "İJ" markalı ov tüfənglərini polis əməkdaşlarına könüllü olaraq təhvil veriblər.

Paylaş:
226

Son xəbərlər

Bütün xəbərlər