Gəncədə həkimin üzərinə aqlay düşüb
Gəncədə bədbəxt hadisə baş verib.
1news.az APA-ya istinadən xəbər veir ki, hadisə şəhərin Müseyib Bağırov küçəsində qeydə alınıb. 1953-cü il təvəllüdlü Əşrəf Əşrəfov küçədə piyada gedən zaman mağazalardan birinin fasadının aqlay örtüyü qoparaq üzərinə düşüb. Nəticədə Ə.Əşrəfov müxtəlif bədən xəsarəti alaraq xəstəxanaya yerldirilib.
Ona sağ bazunun çıxığı, sol körpücük sümüyünün sınması və döş qəfəsinin travması diaqnozu qoyulub, vəziyyətinin kafi olduğu bildirilir.
Qeyd edək ki, Əşrəf Əşrəfov Gəncədə fəaliyət göstərən özəl xəstəxanaların birində həkim-terapevt işləyir.
Faktla bağlı araşdırma aparılır.
337