Bank kartlarından oğurluq edən daha 2 nəfər saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bank kartlarından oğurluq edən daha 2 nəfər saxlanılıb

16:05 - 09 / 12 / 2023
Bank kartlarından oğurluq edən daha 2 nəfər saxlanılıb

Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı vətəndaşlardan birinin kartından 312 manat pul oğurlamış paytaxt sakini 2002-ci il təvəllüdlü Aqşin Quliyev saxlanılıb.

1news.az xəbər verir ki, Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı isə daha bir vətəndaşın bank kartından 346 manat pul oğurlamış Qusar rayon sakini 1997-ci il təvəllüdlü Sahil Xaspoladov saxlanılıb. Hər iki şəxs barəsində araşdırmalar davam etdirilir. Onların qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə polis orqanlarına məlumat verə bilərlər.

Paylaş:
399

Son xəbərlər

Bütün xəbərlər