Bakıda yanğın olub, zərərçəkən var | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda yanğın olub, zərərçəkən var

Qafar Ağayev09:38 - 11 / 12 / 2023
Bakıda yanğın olub, zərərçəkən var

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 60 m² olan birmərtəbəli 2 otaqlı evin bir otağının yanar konstruksiyaları 30 m² sahədə və dam örtüyünün taxta atmaları yanıb.

Bu barədə 1news.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Hadisə zamanı 1 nəfər tüstüdən zəhərlənib. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Paylaş:
200

Son xəbərlər

Bütün xəbərlər