Ucarda yarımstansiyadan oğurluq edənlər saxlanılıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Ucarda yarımstansiyadan oğurluq edənlər saxlanılıb - FOTO

09:22 - 15 / 12 / 2023
Ucarda yarımstansiyadan oğurluq edənlər saxlanılıb - FOTO

Ucar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yerləşən yarımstansiyadan oğurluq edən üç nəfərdən ibarət dəstə saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan 1news.az-a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində oğurluq faktını törətməkdə şübhəli bilinən Bakı şəhəri, Qaradağ rayon sakinləri Arif Şirəliyev, Felmar Türbəndəyev və Anar Əhmədov saxlanılıblar.

Dindirilmə zamanı hər üç şəxs törətdikləri cinayət əməlini etiraf ediblər. Aparılan araşdırmalar zamanı məlum olub ki, A.Şirəliyev, F.Türbəndəyev və A.Əhmədov noyabr ayının əvvəlində rayonun Qazıqumlaq kəndi ərazisində yerləşən və istismarda olan 35/10 kV-luq yarımstansiyanın binasına qanunsuz daxil olaraq 3 ədəd vakum tipli açarlar oğurlamaqla dövlət müəssisəsinə 10000 manata yaxın maddi ziyan vurublar.

Polis əməkdaşları tərəfindən adıçəkilən şəxslərin ətrafında aparılan istintaq hərəkətləri zamanı onların digər cinayət əməllərinin üstü də açılıb. Belə ki, A.Şirəliyev, F.Türbəndəyev və A.Əhmədov son 6 ay ərzində respublikanın 11 şəhər və rayonu ərazisində analoji faktları törədərək yarımstansiyalardan vakum tipli açarları oğurlamaqla dövlət müəssisələrinə külli miqdarda zərər vurublar.

Qanunsuz yolla ələ keçirdikləri "qənimətləri" Bakı şəhəri ərazisində dəyərindən ucuz qiymətə satan dəstə üzvləri əldə etdikləri pulları öz aralarında bölüblər.
Açarların bir qisminin yeri polis əməkdaşları tərəfindən müəyyən edilib və maddi sübut kimi götürülüb.

Faktla əlaqədar Ucar RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Onların digər analoji hadisələr də iştiraklarının olub-olmaması araşdırılır.

Paylaş:
191

Son xəbərlər

Mingəçevirdə məktəbə Milli Qəhrəman Natiq Qasımovun adı verilibBu gün, 12:10Əli Əsədov Gürcüstanın Baş nazirinə məktub göndəribBu gün, 12:02ƏMAS-da yenilik: Məhkumluq haqqında arayış artıq elektron sistemdəBu gün, 11:54Bakı Hərbi Məhkəməsinə üç hakim ezam olunub - ADLARBu gün, 11:47Nazirlik: 5 avarlı qayığın fəaliyyətinə qadağa qoyulubBu gün, 11:39Azərbaycanda daha 8 KOB subyektinə “Startap” şəhadətnaməsi verilibBu gün, 11:17Milli Məclisin iclası başlayıb - 15 məsələ müzakirə olunacaqBu gün, 11:05Mastercard “Bakı Taksi Xidməti”, ABB və APAR ilə birgə dayanıqlı şəhər mobilliyini təkmilləşdirir - FOTOBu gün, 11:01“AzInTelecom” yeni “AzInCloud” platformasını istifadəyə veribBu gün, 10:57Bakıda 27 yaşlı oğlan ögey anasını öldürməkdə şübhəli bilinirBu gün, 10:55Elektrikli avtobusun yolda enerjisi bitib? - AÇIQLAMABu gün, 10:428 Noyabr prospektində quraşdırılan avtomobil və piyada svetoforlarının sayı açıqlanıbBu gün, 10:36Azərbaycanda 4 universitet akkreditasiya edilib - ADLARBu gün, 10:30Azərbaycan nefti cüzi bahalaşıbBu gün, 10:28Əlilliyi olan 33 min uşağa reabilitasiya xidmətləri göstərilibBu gün, 10:13Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıbBu gün, 10:11Ötən gün cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıbBu gün, 10:00Əmtəə bazarlarında qızılın və gümüşün qiyməti artıbBu gün, 09:57Mirasda məcburi payın həcmi necə müəyyən edilməlidir? – Ali Məhkəmədən yeni qərarBu gün, 09:47Bakıda daha bir yerüstü piyada keçidinin inşası yekunlaşmaq üzrədir - FOTOBu gün, 09:42
Bütün xəbərlər