ADY Yeni il tətilində regionlara əlavə reyslər təyin edir | 1news.az | Xəbərlər
Cəmiyyət

ADY Yeni il tətilində regionlara əlavə reyslər təyin edir

14:59 - 20 / 12 / 2023
ADY Yeni il tətilində regionlara əlavə reyslər təyin edir

"Azərbaycan Dəmir Yolları" QSC ( ADY) Yeni il tətilində regionlara əlavə reyslər təyin edir.

1news.az-ın ADY-yə istinadən verdiyi məlumata görə, əlavə edilən reyslər Bakı-Ağstafa-Bakı və Bakı-Qəbələ-Bakı marşrutu üzrə hərəkət edilən qatarlara aiddir.

-Bakı-Ağstafa-Bakı marşrutu üzrə qatar 31 dekabr, 1, 2, 5 və 6 yanvar tarixlərində Bakı Dəmiryol Vağzalından saat 07:50-də, Ağstafadan isə saat 16:30-da yola düşəcək. Bununla yanaşı, qatarlar ənənəvi qrafiklə də hərəkət edəcək. Əlavə tələbat yaranarsa, bu istiqamətdə yeni reyslərin təyin edilməsi planlaşdırılır.

Bakı-Qəbələ-Bakı marşrutu üzrə isə 30 dekabr - 6 yanvar tarixlərində qatar hər gün Bakı Dəmiryol Vağzalından Qəbələyə saat 07:30-da, Qəbələdən Bakıya isə saat 19:00-da yola düşəcək.

Paylaş:
272

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər