Xüsusi nümayəndəlik: Yeni ildə Şuşa şəhərinə giriş-çıxışa heç bir məhdudiyyət qoyulmayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Xüsusi nümayəndəlik: Yeni ildə Şuşa şəhərinə giriş-çıxışa heç bir məhdudiyyət qoyulmayıb

15:31 - 20 / 12 / 2023
Xüsusi nümayəndəlik: Yeni ildə Şuşa şəhərinə giriş-çıxışa heç bir məhdudiyyət qoyulmayıb

"Bu gün bir sıra yerli KİV orqanlarında 31 dekabr-2 yanvar tarixləri arasında Şuşa şəhərinə giriş-çıxışa məhdudiyyətlərin qoyulması ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yer alıb".

1news.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Şuşa Rayonunda xüsusi nümayəndələyinin məlumatında qeyd olunub.

"Bildirik ki, Şuşa şəhərinə giriş-çıxış hər zaman olduğu kimi müvafiq prosedur qaydalarına uyğun olaraq həyata keçirilir və heç bir məhdudiyyət qoyulmayıb", - məlumatda deyilir.

Paylaş:
210

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər