İstanbul-Lahor reysini həyata keçirən Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş etdi | 1news.az | Xəbərlər
Cəmiyyət

İstanbul-Lahor reysini həyata keçirən Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş etdi

Qafar Ağayev13:41 - 22 / 12 / 2023
İstanbul-Lahor reysini həyata keçirən Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş etdi

“Turkish Airlines” aviaşirkətinə məxsus İstanbul-Lahor reysini həyata keçirən hava gəmisi kapitanı sərnişinin səhhətinin qəfil pisləşməsi ilə əlaqədar (ürək tutması) Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.

Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, “Airbus A330” təyyarəsi yerli vaxtla saat 11:04-də Bakı hava limanına eniş edib.

Sərnişinə tibbi yardım göstərilib və onun Bakıdakı tibb klinikalarından birinə yerləşdirilməsinə qərar verilib.

Təyyarə saat 13:21-da Bakıdan İstanbula qalxıb.

Paylaş:
332

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər