Bakıda avtobusun mühərrikini oğurlayan şəxslər saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda avtobusun mühərrikini oğurlayan şəxslər saxlanılıb

11:46 - 22 / 12 / 2023
Bakıda avtobusun mühərrikini oğurlayan şəxslər saxlanılıb

Xətai rayonu ərazisində yerləşən avtoservislərin birindən avtobus mühərrikinin gövdəsinin oğurlanması barədə polisə məlumat daxil olub.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Xətai RPİ 34-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən paytaxt sakinləri Firdovsi Əliyev və Seymur Xəlilov saxlanılıblar. S.Xəlilovdan heroin aşkar olunaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Paylaş:
230

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər