Bakıda bulvar ərazisində gəzinti qayığı batıb, sərnişinlər xilas edildi - VİDEO - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda bulvar ərazisində gəzinti qayığı batıb, sərnişinlər xilas edildi - VİDEO - YENİLƏNİB

12:20 - 22 / 12 / 2023
Bakıda bulvar ərazisində gəzinti qayığı batıb, sərnişinlər xilas edildi - VİDEO - YENİLƏNİB

Bakıda bulvar ərazisində gəzinti qayığının batması ilə bağlı daxil olan məlumat üzrə Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları xilasetmə tədbirlərinə cəlb ediliblər.

DİN-in mətbuat xidmətindən 1news.az-a bildirilib ki, polis əməkdaşları batma təhlükəsinə məruz qalan şəxsləri müvafiq dövlət qurumunun əməkdaşları ilə birgə xilas ediblər.

***

saat 11:50

Bakıda Bulvar ərazisində gəzinti qayığı batıb.

1news.az Baku.ws-ə istinadən xəbər verir ki, hadisə ilə bağlı Fövqəladə Hallar Nazirlinin “112” qaynar xətinə gəzinti qayığının batması ilə bağlı məlumat daxil olub.

Dalğıc axtarış xilasetmə əməkdaşları hadisə yerinə cəlb ediliblər.

İlkin məlumata görə, batma təhlükəsində olan vətəndaşlar xilas olunublar.

Paylaş:
662

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər