DİN Bakı-Sumqayıt yolunda baş vermiş qəza ilə bağlı məlumat yaydı - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

DİN Bakı-Sumqayıt yolunda baş vermiş qəza ilə bağlı məlumat yaydı - FOTO

Qafar Ağayev14:12 - 23 / 12 / 2023
DİN Bakı-Sumqayıt yolunda baş vermiş qəza ilə bağlı məlumat yaydı - FOTO

DİN-in Baş Dövlət Yol Polis İdarəsi Bakı-Sumqayıt yolunda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

İdarədən 1news.az-a daxil olan məlumata görə, bu gün saat 10:00 radələrində Bakı-Sumqayıt yolunun 11-ci km-də yolun hərəkət hissəsində dayanan "Opel" markalı 90-VV-419 nömrə nişanlı avtomobillə nəqliyyat vasitələrini sağdan ötməyə çalışan "Ravon" markalı 77-DA-091 nömrə nişanlı avtomobilin toqquşması nəticəsində yol nəqliyyat hadisəsi baş verib.

Hadisə nəticəsində hər iki avtomobilə maddi ziyan dəyib və 1 nəfər ("Opel" markalı avtomobilin sürücüsü F.Azadov) xəsarət alıb.

Hər iki sürücünün taksi fəaliyyəti ilə məşğul olduğu bildirilir.

Paylaş:
591

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər