Bakıda və Abşeron yarımadasında güclü külək gözlənilir - XƏBƏRDARLIQ | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda və Abşeron yarımadasında güclü külək gözlənilir - XƏBƏRDARLIQ

16:42 - 25 / 12 / 2023
Bakıda və Abşeron yarımadasında güclü külək gözlənilir - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında dekabrın 26-da gecə və səhər, 27-də günün ikinci yarısında cənub-qərb küləyinin 15-18 m/s, arabir 20 m/s-dək güclənəcəyi gözlənilir.

1news.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb.

Azərbaycanın rayonlarında dekabrın 25-i axşamdan 28-i gündüzədək əsasən dağlıq və dağətəyi rayonlarda qərb küləyinin 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir.

Paylaş:
288

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər