Azərbaycan gəncləri Prezidentin siyasi kursuna sadiqdirlər - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan gəncləri Prezidentin siyasi kursuna sadiqdirlər - FOTO

Qafar Ağayev10:17 - 25 / 12 / 2023
Azərbaycan gəncləri Prezidentin siyasi kursuna sadiqdirlər - FOTO

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) təşkilatçılığı və ölkənin aparıcı tələbə və könüllü təşkilatlarının dəstəyi ilə Bakı Kristal Zalında ilin ən möhtəşəm gənclər tədbiri – “Gənclərin Həmrəylik Festivalı” keçirilib.

1news.az xəbər verir ki, on minlərlə gəncin iştirakı ilə təşkil edilən festivalın həyata keçirilməsində əsas məqsəd ərazi bütövlüyünü tam bərpa etmiş ölkənin qürurlu vətəndaşları olan gənclərin sevinc dolu 2023-cü ili yola salmaq və gələcək zəfərlər uğrunda dövlətin siyasi kursu ilə Azərbaycan gənclərinin həmrəyliyini dünyaya nümayiş etdirmək idi.

Festivalda iştirakçılar arasından söz alan gənclər təşkilatlarının üzvləri, qazilər, idmançılar, yaradıcı gənclər, könüllülər bugünkü uğurlarımızın bünövrəsində Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilən siyasi kursun, o cümlədən gənclər siyasətinin durduğunu vurğulayıblar. Ölkə gəncləri üçün bütün istiqamətlərdə yaradılan geniş imkanların gənclərin hərtərəfli inkişafına və müasir Azərbaycanın dövlətçiliyinin daha da möhkəmlənməsinə təkan verdiyi qeyd olunub. Yaradılan imkanlardan faydalanan və milli maraqlar ətrafında sıx birləşən Azərbaycanın vətənpərvər gəncləri fəaliyyət göstərdikləri istiqamətlər üzrə ölkəmizin inkişafında və dövlətimizin qüdrətlənməsində aparıcı qüvvəyə çevriliblər. Azərbaycan gəncləri dövlət başçısının yürütdüyü siyasətlə həmrəy olduqlarını, siyasi kursunu dəstəklədiklərini və bundan sonra da dövlətin strateji inkişaf xəttinə sadiq qalacaqlarını vurğulayıblar.

Gənclər fürsətdən istifadə edib, dövlət başçısını doğum günü münasibəti ilə təbrik edib, ona öz xoş və səmimi arzularını çatdırıblar.

Çıxışlara yekun olaraq Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası tərəfindən Azərbaycan gəncləri adından Prezident İlham Əliyevin siyasətinə dəstək bəyanatı səsləndirilib, xalqımızın həmrəylik və Yeni il bayramı təbrik edilib.

Festival ərzində gənclər sevə-sevə dinlədikləri Xalq artistləri Röya Ayxan və Miri Yusif, bəstəkar-müğənni Murad Arif, müğənnilər İlhamə Qasımova və Hiss, həmçinin DJ Kənan “Drums”ın ifasında mahnıların və oynaq musiqilərin sədaları altında rəqs edərək şənləniblər.

Paylaş:
179

Son xəbərlər

“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilirBu gün, 12:44Azərbaycan ilə İranın dövlət sərhədində İlham Əliyevin və İbrahim Rəisinin görüşü olub - FOTOBu gün, 12:32Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım edib18 / 05 / 2024, 18:04Qarabağ Universitetinin bukleti hazırlanıb18 / 05 / 2024, 17:47Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini qoyub18 / 05 / 2024, 17:30Prezident və birinci xanım Zəngilan məscidinin açılışında iştirak ediblər - YENİLƏNİB18 / 05 / 2024, 17:08“AzərEnerji ASC-nin “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verilib - YENİLƏNİB18 / 05 / 2024, 16:45İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub - YENİLƏNİB18 / 05 / 2024, 16:29Prezident və birinci xanım Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB18 / 05 / 2024, 16:26İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndinin təməlini qoyub18 / 05 / 2024, 16:24Prezident Cəbrayılın Karxulu kəndinin təməlini qoyub - FOTO18 / 05 / 2024, 16:18Yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA18 / 05 / 2024, 15:58Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyulub18 / 05 / 2024, 15:39“Coca-Cola” Azərbaycanda ikinci istehsal müəssisəsini açacaq - FOTO18 / 05 / 2024, 15:11Dövlət başçısı Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini qoyub - YENİLƏNİB18 / 05 / 2024, 14:47Paytaxtın mərkəzi küçələrində “kokain” və “ekstazi” həblərinin satışını təşkil etmək istəyən şəxs saxlanılıb - VİDEO18 / 05 / 2024, 14:27Rəşad Nəbiyev Şəkidə vətəndaşları qəbul edib18 / 05 / 2024, 14:09İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub18 / 05 / 2024, 13:43Bakıda usta işlədiyi evlərdən oğurluq etdiyi üçün saxlanılıb18 / 05 / 2024, 13:25Kamaləddin Qafarov: “Azərbaycan-Belarus münasibətləri yüksək dinamika ilə inkişaf edəcək”18 / 05 / 2024, 13:10
Bütün xəbərlər