İstehlakçıların hüquqlarını pozan şəxslər məsuliyyətə cəlb olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

İstehlakçıların hüquqlarını pozan şəxslər məsuliyyətə cəlb olunub

Qafar Ağayev16:45 - 28 / 12 / 2023
İstehlakçıların hüquqlarını pozan şəxslər məsuliyyətə cəlb olunub

Baş Prokurorluq tərəfindən qida təhlükəsizliyi sahəsində əhalinin həyat və sağlamlığının qorunması, habelə istehlakçıların hüquqlarının müdafiəsi məqsədilə aidiyyəti dövlət qurumları ilə birgə ardıcıl və sistemli tədbirlər həyata keçirilir.

Baş Prokurorluğun Mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində istifadəyə yararsız kartof, bibər və digər yeyinti məhsullarının, habelə spirtli içkilərin satışı zamanı baş verən qanun pozuntuları barədə daxil olmuş müraciətlər əsasında araşdırma aparılıb.

Araşdırmalar zamanı 2 hüquqi şəxs və onların vəzifəli şəxsi - “Azvitamin” MMC və onun vəzifəli şəxsi Orxan Səfərov, “AGR Group” MMC və onun vəzifəli şəxsi Gülnarə Abdullayeva, sahibkarlıq fəaliyyəti ilə məşğul olan 4 vəzifəli şəxs - Şəmistan Əsgərov, Ceyhun İsmayılov, Əhliman Məcidov, Elşad Məmmədov, həmçinin 2 fiziki şəxs Elşən Bayramov və Heydər Bayramovun saxlama müddəti ötmüş məhsulların satılmasına və qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların satılması müəyyən edildiyindən barələrində İnzibati Xətalar Məcəlləsinin 447.0.1 və 447.0.4-cü maddələri ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar qəbul olunmuşdur.

Qeyd olunan inzibati xəta haqqında iş üzrə icraatlara Bakı şəhərinin Xəzər və Səbail rayon məhkəmələri, həmçinin Qida Təhlükəsizliyi Agentliyi tərəfindən baxılaraq, fiziki, vəzifəli və hüquqi şəxslər ümumilikdə 20 min manat məbləğində inzibati qaydada cərimə edilmişdir.

Paylaş:
267

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər