Ucarda 7 yaşlı məktəblini maşın vurub | 1news.az | Xəbərlər
Cəmiyyət

Ucarda 7 yaşlı məktəblini maşın vurub

16:54 - 29 / 12 / 2023
Ucarda 7 yaşlı məktəblini maşın vurub

Ucarda azyaşlını maşın vurub.

1news.az-ın APA-ya istinadən xəbərinə görə, hadisə bu gün rayonun Oğuz küçəsində qeydə alınıb. Rayonun Bərgüşad kənd sakini, 1995-ci il təvəllüdlü Aydın İsmayıl oğlu Müslümzadənin idarə etdiyi "VAZ 2107" markalı minik maşını Ucar şəhəri 4 nömrəli orta məktəbin şagirdi, 2016-cı il təvəllüdlü Məryəm Teymur qızı Nurizadəni vurub.

Azyaşlı ağır xəsarət alaraq Ucar Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Tibbi yardımdan sonra M. Nurizadə Göyçay xəstəxanasına göndərilib. Fakt araşdırılır.

Paylaş:
317

Son xəbərlər

Bütün xəbərlər