İsmayıllıda pirotexniki vasitələr satan şəxslər cərimələnib | 1news.az | Xəbərlər
Cəmiyyət

İsmayıllıda pirotexniki vasitələr satan şəxslər cərimələnib

10:47 - 29 / 12 / 2023
İsmayıllıda pirotexniki vasitələr satan şəxslər cərimələnib

İsmayıllıda pirotexniki vasitələr satan şəxslər cərimələnib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan 1news.az-a verilən məlumata görə, Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının İsmayıllı şəhəri ərazisində keçirdikləri tədbir zamanı yüksək səsyayıcı qabiliyyətə malik pirotexniki vasitələrin satışını təşkil edən 3 nəfər müəyyən edilib.

Onlardan ümumilikdə 11860 ədəd müxtəlif növ pirotexniki vasitə götürülüb.

Həmin şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq olunub

Paylaş:
328

Son xəbərlər

Bütün xəbərlər