DİN Sumqayıtda sürücülük hüququ olmayan qazinin iddialarına münasibət bildirib
Sumqayıt şəhərində sürücülük hüququ olmadan avtomobil idarə edən 1989-cu il təvəllüdlü, Vətən müharibəsi iştirakçısı Xəzər Abdullayev işıq dirəyinə çıxaraq əsassız və qərəzli iddialar səsləndirib.
1news.az "Report"a istinadən xəbər verir ki, bu bardə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, X.Abdullayev sürücülük hüququ olmada ayrı-ayrı avtomobillərlə hərəkət iştirakçılarının həyat və sağlamlığına təhlükə yaratdığına görə polis əməkdaşları tərəfindən tədbirlər görülüb. Daha əvvəl də bu hərəkətlərə yol verən X.Abdullayevlə polis əməkdaşları profilaktiki iş aparılmaqla bu qanun pozuntusuna yol verməməyi onun diqqətinə çatdırılıb.
Lakin X.Abdullayev edilən xəbərdarlıqlara məhəl qoymayıb, qanunamüvafiq tədbirlərdən nəticə çıxarmayıb, təkrarən sürücülük hüququ olmadan, həmçinin konstruksiyası dəyişdirilən və əlavə avadanlıqlar quraşdırılan avtomobili idarə edərək insanların həyat və sağlamlığına təhlükə yaradan hərəkətlərə yol verib.
Buna görə də o, yenidən polis əməkdaşları tərəfindən saxlanılıb və avtomobil mühafizə olunan duracağa yerləşdirilib. Onun hərəkətlərinə adekvat olaraq zəruri tədbirlər polis tərəfindən görülüb.