32 yaşlı kişi ilə nişanlandırılan 12 yaşlı qız suallara cavab verdi: Beş il sonra toyumuz olacaq - VİDEO
Xəbər verdiyimiz kimi Sabirabadın Məmişli kəndində 12 yaşlı qız 32 kişi yaşlı kişi ilə nişanlandırılmışdı, bu hadisə ötən gün geniş müzakirəyə səbəb olmuşdu
1news.az xəbər verir ki, Xəzər TV-də yayımlanan “Təsir dairəsi” verilişində aparıcı Lalə Azərtaş 32 yaşlı kişi ilə nişanlandırılan 12 yaşlı qızı danışdırıb.
12 yaşlı qız verilişin aparıcısı Lalə Azərtaşa bildirib ki, nişanlandığı şəxsi yaxşı biri kimi tanıyır və beş il sonra toyları olacaq.
L.Azərtaşın qızcığaza ünvanladığı “beş il sonra Kərimin 37 yaşı olacaq. Bəs onda necə?” sualına o, “yaxşı olacaq” deyə cavab verib.
Qeyd edək ki, Daxili İşlər Nazirliyi (DİN) və Rayon İcra Hakimiyyəti 12 yaşda məcburi nişanlandırılan qızı nəzarətə götürüb.
Xatırladaq ki, bir neçə gün öncə 12 yaşlı qızın nişan görüntüləri yayımlanıb. Ailəsi əvvəlcə, övladının nişanı olduğunu danıb və görüntülərin qızın ad günündə lentə alındığını bildiriliblər.