FHN dalğıcları su kanalında batması ehtimal olunan uşağın axtarışlarını davam etdirir - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

FHN dalğıcları su kanalında batması ehtimal olunan uşağın axtarışlarını davam etdirir - VİDEO

Qafar Ağayev15:30 - 02 / 01 / 2024
FHN dalğıcları su kanalında batması ehtimal olunan uşağın axtarışlarını davam etdirir - VİDEO

Boztəpə kanalının İmişli rayonunun Qaragüvəndikli kəndi ərazisindən keçən hissəsində 26 dekabr 2023-cü il tarixdə batdığı ehtimal olunan azyaşlının Fövqəladə Hallar Nazirliyi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən axtarışları aparılır.

1news.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, müvafiq qurum tərəfindən kanalda suyun səviyyəsi aşağı salınmaqla hazırda FHN-in dalğıc-xilasediciləri kanalda batması ehtimal edilən 2013-cü il təvəllüdlü Xankişiyev Rasim Vasif oğlunun axtarış-xilasetmə əməliyyatını davam etdirirlər.

Paylaş:
313

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər