Bərdədə üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bərdədə üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

17:48 - 02 / 01 / 2024
Bərdədə üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Bərdədə 3 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə rayonun Saatlı kəndi ərazisində qeydə alınıb.

Belə ki, “09-BG-135” dövlət qeydiyyat nişanlı VAZ 2107 markalı avtomobillə əks istiqamətdə hərəkətdə olan “10-HD-420” dövlət qeydiyyat nişanlı VAZ 2106 markalı minik avtomobilləri toqquşub. Qəza nəticəsində VAZ 2106 markalı avtomobil tamamilə yararsız hala düşüb.

Hadisə zamanı üç nəfər ağır bədən xəsarətləri alıb. Onlar təcili tibbi yardım avtomobili ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəsarət alanların vəziyyətinin ağır olduğu bildirilir.

Paylaş:
221

Son xəbərlər

Bütün xəbərlər