Neft Daşlarında dalğanın hündürlüyü 2,6 metrə çatıb - Faktiki hava | 1news.az | Xəbərlər
Cəmiyyət

Neft Daşlarında dalğanın hündürlüyü 2,6 metrə çatıb - Faktiki hava

16:23 - 03 / 01 / 2024
Neft Daşlarında dalğanın hündürlüyü 2,6 metrə çatıb - Faktiki hava

Ölkə ərazisində küləkli hava şəraiti müşahidə olunur.

1news.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, əvvəlcədən xəbər verildiyi kimi yanvarın 3-ü saat 15:00-a olan məlumatına əsasən, ölkə ərazisində küləkli hava şəraiti müşahidə olunur.

Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 20 m/s, Şamaxı, Qobustan, Naftalanda 18 m/s, Altıağacda 17 m/s, Mingəçevirdə 16 m/s, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2,6 metrə çatıb.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu 14 dərəcəyədək isti, Naxçıvan MR-da 6 dərəcəyədək isti, aran rayonlarında 13 dərəcəyədək isti, dağlıq rayonlarda 9 dərəcəyədək isti qeydə alınıb.

Gülşad Məmmədovanın sözlərinə görə ölkə ərazisində müşahidə olunan şimal-qərb küləyi 4-ü gecə saatlarından tədricən zəifləyəcək, 4-ü gündüz və 05-də arabir güclənən cənub-qərb küləyi əsəcək.

Paylaş:
418

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər