Ağdaşda yük avtomobili “KamAZ”a çırpılıb, ölən var | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağdaşda yük avtomobili “KamAZ”a çırpılıb, ölən var

14:51 - 05 / 01 / 2024
Ağdaşda yük avtomobili “KamAZ”a çırpılıb, ölən var

Ağdaş rayonunun Əmirarx kəndi ərazisində Əkbər Süleymanovun idarə etdiyi “Mercedes Atego” markalı yük avtomobili qarşısında hərəkətdə olan “KamAZ”a çırpılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan 1news.az-a bildirilib ki, hadisə nəticəsində “Mercedes”də sərnişin qismində olan Bakı şəhər sakini 1976-cı il təvəllüdlü Elşən Qocayev aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
264

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər