Əməkdar artist Gülbahar Şükürlü dəfn edilib - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Əməkdar artist Gülbahar Şükürlü dəfn edilib - YENİLƏNİB

13:18 - 06 / 01 / 2024
Əməkdar artist Gülbahar Şükürlü dəfn edilib - YENİLƏNİB

Azərbaycanın Əməkdar artisti, tanınmış qarmon ifaçısı Gülbahar Şükürlü dəfn edilib.

1news.az “Report”a istinadən xəbər verir ki, sənətçi İkinci Buzovna qəbiristanlığında həyat yoldaşının məzarı yanında torpağa tapşırılıb.

Mərasimdə incəsənət xadimləri, mərhumun ailə üzvləri, sənət dostları və yaxınları iştirak ediblər.

12:07

Ötən gün vəfat edən Əməkdar artist, tanınmış qarmon ifaçısı Gülbahar Şükürlü ilə vida mərasimi keçirilir.

1news.az “Report”a istinadən xəbər verir ki, sənətçinin Buzovna qəsəbəsindəki evində keçirilən vida mərasimində incəsənət xadimləri, mərhumun ailə üzvləri, sənət dostları və yaxınları iştirak edirlər.

Mərasimdən sonra mərhum Əli ayağı qəbiristanlığında torpağa tapşırılacaq.

Xatıradaq ki, G.Şükürlü uzun sürən xəstəlikdən sonra yanvarın 5-də 62 yaşında dünyasını dəyişib.

Paylaş:
680

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər