Elza Seyidcahan ilə Flora Kərimova arasında gərgin anlar yaşandı: Mikrofonu çırpıb getdi - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Elza Seyidcahan ilə Flora Kərimova arasında gərgin anlar yaşandı: Mikrofonu çırpıb getdi - VİDEO

1news Redaksiyası17:24 - 09 / 01 / 2024
Elza Seyidcahan ilə Flora Kərimova arasında gərgin anlar yaşandı: Mikrofonu çırpıb getdi - VİDEO

Xalq artisti Flora Kərimova ilə Əməkdar artist Elza Seyidcahan arasında “Elgizlə izlə” verilişində gərgin anlar yaşanıb.

1news.az xəbər verir ki, mübahisəyə səbəb F. Kərimovanın E.Seyidcahanın geyimlərinə irad bildirməsi olub.

O, Elzanın Xalq artisti Rafael Dadaşovun dəfn mərasiminə tacda qatılmasını tənqid edib.

F. Kərimovaya cavab verən E. Seyidcahanın mikrofonu daha sonra söndürülüb və tərəflər arasında mübahisə davam edib.

Sonda Seyidcahan mikrofonu yerə çırparaq efiri tərk edib.

Həmin görüntüləri təqdim edirik:

Paylaş:
557

Son xəbərlər

Əlövsət Polad vəfat etdi

06 / 11 / 2026, 17:40
Bütün xəbərlər