Sosial şəbəkələrdə arıqlamaq üçün təhlükəli məhsullar satanlara qarşı tədbirlər keçirilib - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Sosial şəbəkələrdə arıqlamaq üçün təhlükəli məhsullar satanlara qarşı tədbirlər keçirilib - VİDEO

Qafar Ağayev10:28 - 11 / 01 / 2024
Sosial şəbəkələrdə arıqlamaq üçün təhlükəli məhsullar satanlara qarşı tədbirlər keçirilib - VİDEO

Sosial şəbəkələrdə arıqlama və insan sağlamlığı üçün təhlükəli digər bioloji aktiv qida məhsulları satan şəxslərə qarşı tədbirlər keçirilib.

1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) birgə məlumat yayıb.

Bildirilib ki, ölkə ərazisinə qanunsuz yollarla gətirilən keyfiyyətsiz, mənşəyi və tərkibi standartlara cavab verməyən bioloji aktiv qida məhsullarının sosial şəbəkələrdə reklam edilərək qanunsuz satışının təşkil edildiyi barədə çoxsaylı məlumatlar daxil olub. Bu istiqamətdə polis əməkdaşlarının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssislərinin iştirakı ilə keçirdikləri növbəti tədbirlər zamanı 1993-cü il təvəlüldlü Cəlal Həmidov və 1994-cü il təvəllüdlü Elşən Məmmədovun qeyd olunan qeyri-qanuni fəaliyyətlə məşğul olaraq mənşəyi məlum olmayan bioloji aktiv qida məhsullar satmaları aşkar edilib.

Həmin məhsullardan götürülən nümunələr tərkibinin müəyyən edilməsi üçün Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına təqdim edilib. Alınmış mütəxəssis rəyində qida əlavələrinin tərkibində üzərindəki göstəricilərə uyğun olmayan, kənar zərərli kimyəvi maddələrin aşkar edildiyi və onların insan sağlamlığı üçün ciddi təhlükə mənbəyi olduğu təsdiq olunub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

DİN və AQTA insan sağlamlığı fərdi məsələdir və vətəndaşlara sağlamlıqlarının qeydinə qalan zaman yalnız tibbi təhsili olan həkimlər tərəfindən təyin edilən preparatlardan istifadə etməyi tövsiyə edir.

Paylaş:
259

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlərBu gün, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18
Bütün xəbərlər