Şamaxıda ər və arvad dəm qazından zəhərlənib | 1news.az | Xəbərlər
Cəmiyyət

Şamaxıda ər və arvad dəm qazından zəhərlənib

12:04 - 13 / 01 / 2024
Şamaxıda ər və arvad dəm qazından zəhərlənib

Şamaxıda ər və arvad dəm qazından zəhərlənib, biri ölüb.

1news.az xəbər verir ki, hadisə rayonun Mərzəndiyə kəndində qeydə alınıb.

Belə ki, kən sakinləri 1956-cı il təvəllüdlü Elxan Əhmədov və onun həyat yoldaşı 1956-cı il təvəllüdlü Zemfira Əhmədova yaşadıqları fərdi yaşayış evinin həyətində yerləşən hamam otağında dəm qazından zəhərlənib.

Nəticədə Elxan Əhmədov ölüb, Z.Əhmədova isə dəm qazından zəhərlənmə diaqnozu ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasında müalicə alır.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
297

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər