Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuraya seçkilər başa çatıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuraya seçkilər başa çatıb

Qafar Ağayev17:49 - 16 / 01 / 2024
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuraya seçkilər başa çatıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) yanında İctimai Şuraya seçkilər keçirilib. Seçki Komissiyası tərəfindən açıqlanmış səsvermənin nəticəsinə əsasən, namizədliyini irəli sürmüş 38 namizəddən 13-ü səs çoxluğu toplayaraq İctimai Şuraya üzv seçilib.

Bu barədə 1news.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, İctimai Şuranın üzvləri aşağıdakı tərkibdə formalaşıb:

1. IDEA İB üzvü Ağayeva Zərxanım Tofiq qızı

2. “Ekosfera” Ekoloji-sosial Mərkəzin sədri Sultan-zadə Firuzə Vəhdət qızı

3. “Ekostil-Azərbaycan” Təbiəti Mühafizə İB sədri Yusifov Elman Fərhad oğlu

4. “Bioloji Müxtəliflik Mərkəzi” İB üzvü Əsgərov Elşad Köçəri oğlu

5. “Sudan istifadə sahəsində mütəxəssislər” İB üzvü Məmmədov Amin Fəramiz oğlu

6. “Sağlam həyata doğru” Ekoloji İB İdarə heyətinin üzvü Abbasov Rövşən Xanış oğlu

7. “Azərbaycan Kartoqraflar” İB sədri Bayramov Müqabil Tofiq oğlu

8. “Azərbaycan Təbiəti Mühafizəsi Cəmiyyəti” İB sədri İsrafilov Zurab Sabir oğlu

9. “Azərbaycan qida və içki sənayeçiləri Assosiasiyası” İB sədri Dostiyari Emin Nadir oğlu

10. “Azərbaycan Botaniklər Cəmiyyəti” İB üzvü Abiyev Yusif Tahir oğlu

11. “Eco Hub” Ekoloji Təşəbbüslərə Dəstək İB sədri Ağababayeva Tükəzban Nahin qızı

12. “Qırmızı ürəklər” Fondu vitse-prezident Poladov Yusif Canəli oğlu

13. “Gənclərin tərəqqisinə dəstək” İB üzvü Kərimli Kənan İnqilab oğlu

Qeyd edək ki, seçki prosesinə 2023-cü ilin noyabr ayının 15-dən başlanılıb. İctimai Şuraya üzv olmaq istəyən namizədlərin qeydiyyatı dekabr ayının 13-dək davam edib.

Xatırladaq ki, ETSN yanında İctimai Şura 2010-cu ildən fəaliyyət göstərir və ölkədə həlli vacib olan ekoloji problemlərin aradan qaldırılması, ictimaiyyətin, qeyri-hökumət təşkilatlarının iştirakı ilə bu sahədə birgə təkliflərin hazırlanması, müzakirə edilməsi və effektivliyin təmin olunması məqsədlə yaradılıb.

Paylaş:
563

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər