Anar Əliyev: Müavinət ödənişlər 500 minə yaxın şəxsi əhatə edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Anar Əliyev: Müavinət ödənişlər 500 minə yaxın şəxsi əhatə edib

Qafar Ağayev11:22 - 16 / 01 / 2024
Anar Əliyev: Müavinət ödənişlər 500 minə yaxın şəxsi əhatə edib

“Pensiya artımında vahid indeksasiya metoduna keçilib, bütün pensiyalar 14,7 faiz indeksləşdirilərək artırılıb”

1news.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev nazirliyin ötən ilki fəaliyyətinə həsr olunmuş mətbuat konfransında deyib.

O bildirib ki, pensiyaların orta məbləği 436 manata, yaşa görə pensiyanın orta məbləği 467 manata çatdırılıb.

“Ümumilikdə ötən il pensiya ödənişləri 5,7 milyard manat təşkil edib.

Müavinət ödənişləri 24% artırılaraq ümumilikdə 500 minə yaxın şəxsi əhatə edib, 378 min nəfərə Prezident təqaüdü ödənişi aparılıb” .

Paylaş:
319

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər