“Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanuna dəyişiklik edilir
“Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 45-ci maddəsinə əlavələr edilir.
1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında komitə sədri Ziyafət Əsgərov “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanununa dəyişiklik edilməsi ilə bağlı qanun layihəsini təqdim edərkən deyib.
O bildirib ki, dəyişikliyə əsasən, müvafiq icra hakimiyyəti orqanı toplanışlara cəlb edəcəyi hərbi vəzifəlilərin sayını müvafiq icra hakimiyyəti ilə razılaşdırır. Əgər müvafiq icra hakimiyyəti tərxis olunmuş və ehtiyatda olan hərbçiləri toplanışa cəlb edirsə, bu, müxtəlif qoşun növləri ilə mütənasiblik təşkil etməlidir. Yəni, balanslaşdırılmalıdır. Balanslaşdırılmanı qaydaya salmaq üçün müvafiq icra hakimiyyəti orqanı bunu Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırır.