Azərbaycan ilə Türkiyə arasında hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub
Yanvarın 17-də Azərbaycan Respublikası müdafiə nazirinin müavini - Baş direktor cənab Aqil Qurbanov ölkəmizdə işgüzar səfərdə olan Türkiyə Respublikası milli müdafiə nazirinin müavini cənab Celal Sami Tüfekçinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
1news.az xəbər verir ki, Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində keçirilən görüş zamanı Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.
Tərəflər hərbi-texniki sahədə maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparıblar.
266