Şəmkirdə qanunsuz olaraq odlu silah saxlayan şəxslər saxlanılıblar - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Şəmkirdə qanunsuz olaraq odlu silah saxlayan şəxslər saxlanılıblar - FOTO

08:43 - 17 / 01 / 2024
Şəmkirdə qanunsuz olaraq odlu silah saxlayan şəxslər saxlanılıblar - FOTO

Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan 1news.az-a verilən məlumata görə, şöbə əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda və gəzdirməkdə şübhəli bilinən, rayon sakini, əvvəllər məhkum olunmuş Ramil Sadıqov saxlanılaraq polis şöbəsinə gətirilib.

Onun üzərinə baxış keçirilən zaman bir ədəd atəşə yararlı “Makarov” markalı tapança, həmin silaha aid 6 ədəd atəşə yararlı 9 mm-lik patron və bir ədəd sandıqca aşkar edilərək götürülüb.

Polis əməkdaşlarının keçirdikləri digər bir əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini Vüqar Qasımov saxlanılıb. Üzərindən “heroin” aşkar edilən şübhəli şəxsin yaşadığı evdən bir ədəd atəşə yararlı “Makarov” tapançası və dörd ədəd patron aşkar edilərək götürülüb.
Bundan başqa şöbə əməkdaşlarının keçirdikləri ayrı-ayrı əməliyyat-axtarış, profilaktiki tədbirlər nəticəsində rayon sakinlərinə məxsus 8 ədəd, müvafiq sənədləri olmayan müxtəlif marka və kalibirli ov tüfəngləri də aşkar edilərək götürüb. Qeyd edək ki, polis əməkdaşlarının keçirdikləri silsilə tədbirlər nəticəsində cari ilin müvafiq dövründə ümumilikdə 27 ədəd qanunsuz saxanılan odlu silah müsadirə olunub.

Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib, faktlarla bağlı araşdırmalar davam etdirilir.

Paylaş:
249

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunubBu gün, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıbBu gün, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyibBu gün, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTOBu gün, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaqBu gün, 17:22Xəzərdə zəlzələ olubBu gün, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTOBu gün, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQBu gün, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43
Bütün xəbərlər