MSK sədri: İndiyədək 153 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib | 1news.az | Xəbərlər
Cəmiyyət

MSK sədri: İndiyədək 153 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib

16:37 - 18 / 01 / 2024
MSK sədri: İndiyədək 153 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib

İndiyədək 25 min 841 müşahidəçi akkreditasiyadan keçib. Onların 153 nəfəri beynəlxalq müşahidəçilərdir.

1news.az AZƏRTAC-a xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun yanvarın 18-də keçirilən iclasında deyib.

O bildirib ki, ölkə üzrə müşahidə aparmaq üçün Mərkəzi Seçki Komissiyasında 2 min 832 müşahidəçi akkreditasiyadan keçib. Dairə seçki komissiyalarında isə konkret dairə ərazisində müşahidə aparmaq üçün 22 min 856 nəfər müşahidəçi akkreditasiyadan keçib.

Paylaş:
594

Son xəbərlər

Bütün xəbərlər