Yasamalda mərasim evində baş verən hadisə ilə bağlı araşdırma aparılır | 1news.az | Xəbərlər
Cəmiyyət

Yasamalda mərasim evində baş verən hadisə ilə bağlı araşdırma aparılır

Qafar Ağayev14:51 - 19 / 01 / 2024
Yasamalda mərasim evində baş verən hadisə ilə bağlı araşdırma aparılır

Yasamalda mərasim evində tavanın çökməsi nəticəsində 3 nəfərin xəsarət alması ilə bağlı araşdırma aparılır.

Baş Prokurorluğun Mətbuat xidmətindən 1news.az-a bildirilib ki, yanvarın 19-da saat 13 radələrində Yasamal rayonu, Mikayıl Müşfiq küçəsində yerləşən mərasim evinin 2 mərtəbə arasındakı tavanının çökməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan, hüzür mərasimində iştirak edən 3 nəfər - 1949-cu il təvəllüdlü Mustafayeva Fatma Xamoy qızı, 1955-ci il təvəllüdlü Mirzəyeva Rahilə Xamoy qızı və 1958-ci il təvəllüdlü Rüstəmova Rəna Xamoy qızı ilkin tibbi yardım göstərilərək xəstəxanaya yerləşdirilib.

Hazırda hadisə yeri prokurorluq əməkdaşları tərəfindən müəyinə olunur.

Fakt üzrə Yasamal rayon prokurorluğunda araşdırma aparılır.

Paylaş:
379

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər