Mingəçevirdə məktəbdə mənimsəmə aşkarlanıb, cinayət işi açılıb
Mingəçevir şəhər 4 saylı tam orta məktəbdə baş verən qanunsuzluqlarla bağlı daxil olmuş vətəndaş müraciəti əsasında şəhər prokurorluğunda araşdırma aparılıb.
Şəhər prokurorluğundan 1news.az-a verilən məlumata görə, araşdırma zamanı Azər Qazıyevin həmin təhsil müəssisəsində direktor vəzifəsini icra etdiyi 2020-2023-cü illər ərzində məktəbdə texniki vəzifədə çalışan, işə davamiyyəti olmayan işçilərə əməkhaqqı ödənilməsi yolu ilə 26 min manatdan artıq dövlət vəsaitini mənimsəməsi və israf etməsinə əsaslı şübhələr müəyyənləşdirilib.
Fakta görə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3-cü və 179.2.4-cü (qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə) maddələri ilə cinayət işi başlanılaraq istintaq aparılır.