Qardaş ölkə üçün tarixi gün - İlk türk astronavt 13 gün elmi araşdırma aparacaq - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Qardaş ölkə üçün tarixi gün - İlk türk astronavt 13 gün elmi araşdırma aparacaq - VİDEO

Qafar Ağayev08:49 - 19 / 01 / 2024
Qardaş ölkə üçün tarixi gün - İlk türk astronavt 13 gün elmi araşdırma aparacaq - VİDEO

Qardaş ökə Türkiyə üçün tarixi bir hadisə baş verdi. “Falcon 9” raketi ilə ilk türk astronavtı Alper Gezeravcı artıq kosmosdadır.

1,5 günlük uçuşdan sonra Gezeravcı və 3 komanda yoldaşı Beynəlxalq Kosmik Stansiyasına çatacaqlar Hər şey yaxşı olarsa, “Dragon kapsulu" sabah günorta saatlarında Beynəlxalq Kosmik Stansiyaya yaxınlaşacaq.

Komandanı kosmik stansiyada 7 astronavt qarşılayacaq.

Başlanğıcdan etibarən elmi araşdırmalar başladı.

Kosmik stansiyada 14 gün mikroqravitasiya mühitində qalacaq astronavtlar, kosmosa uçuşun insan sağlamlığına və xəstəliklərə təsirindən tutmuş yeni nəsil ərintilərə qədər bir çox təcrübələr aparacaq.

Gezeravcı proses zamanı kosmosda 13 elmi təcrübə də həyata keçirəcək.

Tədqiqatlar TÜBİTAK Kosmos, Axiom Kosmosu və NASA ilə koordinasiyalı şəkildə aparılacaq.

Gezeravcı biologiya, tibb, materialşünaslıq və genetika kimi sahələrdə təcrübələr həyata keçirəcək.

Alper Gezeravcı zaman-zaman kosmos bazasından dünyaya müraciət edəcək və kosmosdakı təcrübələrini paylaşacaq.

İlk türk astronavtı olan Alper Gezeravcının kosmosdakı ilk sözləri Mustafa Kamal Atatürkün “Gələcək səmalardadır”(İstikbal göklerdedir) olub.

Qeyd edək ki, İlk Türk astronavt Alper Gezeravcı yanvarın 19-u Türkiyə saatı ilə saat 00:49 kosmosa yola salınıb.

“Ax-3” heyətinə türk astronavtla yanaşı, ispaniyalı astronavt Michael Lopez-Alegria, İtaliya Hərbi Hava Qüvvələrinin pilotu Valter Villadei və Avropa Kosmik Agentliyi adından isveçli kosmonavt Markus Vandt daxildir.

​​​​

Paylaş:
361

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlərBu gün, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18
Bütün xəbərlər