Bakıda mebel sexində baş verən yanğında xəsarət alanların vəziyyəti açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda mebel sexində baş verən yanğında xəsarət alanların vəziyyəti açıqlanıb

Qafar Ağayev12:10 - 19 / 01 / 2024
Bakıda mebel sexində baş verən yanğında xəsarət alanların vəziyyəti açıqlanıb

Yanvarın 15-də Bakı şəhəri, Binəqədi rayonu, A. Kunanbayev küçəsinin yaxınlığında sexdə partlayışla əlaqədar TƏBİB-in tabeliyindəki tibb müəssisələrində 10 nəfərin müalicəsi davam etdirilir.

Bu barədə 1news.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Qeyd edilib ki, hazırda Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzində müalicə alan 9 nəfərdən 3-nün vəziyyəti ağır stabil, 6 nəfərin vəziyyəti isə orta ağır olaraq qalır.

Kliniki Tibbi Mərkəzin müvafiq şöbələrində isə 1 nəfərin müalicəsi davam etdirilir. 2 nəfər ambulator müalicə üçün evə buraxılıb.

Paylaş:
207

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər