ADY zəlzələ ilə bağlı yol infrastrukturuna kompleks baxış keçirir | 1news.az | Xəbərlər
Cəmiyyət

ADY zəlzələ ilə bağlı yol infrastrukturuna kompleks baxış keçirir

Qafar Ağayev00:06 - 20 / 01 / 2024
ADY zəlzələ ilə bağlı yol infrastrukturuna kompleks baxış keçirir

Yanvarın 19-da axşam saat 22:05 radələrində ölkə ərazisində baş vermiş zəlzələdən dərhal sonra ADY-nin Fövqəladə Hallar Komissiyası müvafiq infrastruktur obyektlərinə texniki baxışın keçirilməsinə başlayıb, süni mühəndis qurğularının (körpülər, keçidlər, tunellər və s.) vəziyyəti yoxlanılır.

Bu barədə 1news.az-a ADY-dən bildirilib.

Yol infrastrukturunda aparılan texniki diaqnostika ilə əlaqədar olaraq qatarların hərəkət sürəti qismən aşağı salınıb, bununla əlaqədar olaraq qatarların qrafikində qismən kənaraçıxma halları müşahidə oluna bilər.

Paylaş:
258

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər