Bakı-Sumqayıt ekspres avtobusları ilə daşınan sərnişinlərin sayı açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı-Sumqayıt ekspres avtobusları ilə daşınan sərnişinlərin sayı açıqlanıb

17:09 - 23 / 01 / 2024
Bakı-Sumqayıt ekspres avtobusları ilə daşınan sərnişinlərin sayı açıqlanıb

Sumqayıtdan Bakı şəhəri istiqamətinə təşkil edilən ekspres avtobuslarla yanvarın 22-də 98 reys həyata keçirilib, 2891 sərnişin daşınıb.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) 1news.az-a bildirilib ki, avtobusların son dayanacağa çatma müddəti təxminən 35 dəqiqə təşkil edib. Digər nəqliyyat vasitələri eyni məsafəni təxminən 1 saat ərzində qət edə bilir.

Ekspres avtobuslar Sumqayıt avtovağzalı, “Bağçalı evlər” yaşayış kompleksi, Sumqayıt dairəsi, Ceyranbatan qəsəbəsi, “Avtovağzal” metrostansiyası, Bakı Beynəlxalq Avtovağzal Kompleksi marşrutu üzrə hərəkət edir.

Paylaş:
349

Son xəbərlər

Bütün xəbərlər