Səfir Qüdsi Osmanov etimadnamələrini Rumıniyanın Prezidentinə təqdim edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Səfir Qüdsi Osmanov etimadnamələrini Rumıniyanın Prezidentinə təqdim edib

1news Redaksiyası12:26 - 23 / 01 / 2024
Səfir Qüdsi Osmanov etimadnamələrini Rumıniyanın Prezidentinə təqdim edib

Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanov Rumıniyanın Prezidenti Klaus İohannisə etimadnamələrini təqdim edib.

1news.az xəbər verir ki, Prezident Klaus İohannis Azərbaycan Respublikasının səfiri ilə söhbətində yüksək səviyyəli görüşlərdə əksini tapan ikitərəfli strateji tərəfdaşlıq əlaqələrini alqışlayıb.

Rumıniya Prezidenti iki ölkə arasında mövcud yüksək potensiala əsaslanan həm siyasi, həm də iqdisadi, xüsusən enerji sahəsində, həmçinin nəqliyyat, təhsil, ticarət və sərmayələr sahəsində dialoqun gücləndirilməsini təşviq edib.

Paylaş:
524

Son xəbərlər

Bütün xəbərlər