Bakı metrosunda kişi ölüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı metrosunda kişi ölüb

Qafar Ağayev15:02 - 24 / 01 / 2024
Bakı metrosunda kişi ölüb

"Həzi Aslanov-Dərnəgül" marşrutu üzrə hərəkət edən qatarda sərnişinin halı pisləşdiyi üçün maşinistə daxil olan məlumat əsasında dərhal tədbirlər görülüb.

"Bakı Metropoliteni" QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən 1news.az-a verilən məlumata görə, dispetçerin müvafiq tapşırığına uyğun olaraq "Qara Qarayev" stansiyasında sərnişin qarşılanıb. Təcili tibbi yardım xidməti çağırılıb.

"İlkin ehtimalla 60-65 yaş aralığında olan kişi sərnişinə ilkin yardım göstərilib. Təcili yardım briqadası gələnə qədər sərnişin vəfat edib. Allah rəhmət eləsin".

Paylaş:
469

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər