Salyanda saxlanılan şəxsdən tiryək və avtomat aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Salyanda saxlanılan şəxsdən tiryək və avtomat aşkarlanıb

14:14 - 27 / 01 / 2024
Salyanda saxlanılan şəxsdən tiryək və avtomat aşkarlanıb

Salyan rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini, əvvəllər də narkotiklərə görə məhkum olunmuş Vüqar Tağıyev rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində saxlanılıb.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, onun üzərinə keçirilən baxış zamanı narkotik maddə olan tiryək aşkarlanaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq sonuncunun yaşadığı ünvana keçirilən baxış zamanı isə oradan 1 avtomat, 1 daraq və 7 patron aşkarlanıb.

Faktla bağlı Salyan Rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Paylaş:
298

Son xəbərlər

Bəzi çaylardan sel keçəcək

11 / 06 / 2025, 14:17
Bütün xəbərlər