Bakıda evdən 17 min manat dəyərində qızıl oğurlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda evdən 17 min manat dəyərində qızıl oğurlanıb

11:50 - 29 / 01 / 2024
Bakıda evdən 17 min manat dəyərində qızıl oğurlanıb

Bakıda evdən 17 min manat dəyərində qızıl oğurlanıb.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, paytaxtın Xətai rayonu ərazisində mənzillərin birindən 17 000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikəri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Faiq Cavadov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
351

Son xəbərlər

Bütün xəbərlər