Daha 23 ailə Laçına qayıdıb - FOTO - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Daha 23 ailə Laçına qayıdıb - FOTO - YENİLƏNİB

17:27 - 30 / 01 / 2024
Daha 23 ailə Laçına qayıdıb - FOTO - YENİLƏNİB

Böyük Qayıdış proqramı üzrə Laçın rayonuna cari ilin ilk köç prosesi həyata keçirilib.

Bu gün səhər saatlarında paytaxtın Qaradağ rayonundan yola salınan ailələr doğma yurdlarına çatıblar.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, Laçın şəhəri bu dəfə 23 ailəyə qucaq açıb, daha 72 laçınlının yurd həsrəti bitib. Onlar şəhərdə Seyrəngah adlı ərazidə böyük coşqu ilə qarşılanıblar və Laçın şəhərinin gözəl mənzərəsini seyr ediblər.

Daha da gözəlləşən və abadlaşan Laçına qovuşan sakinlər torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.

Bununla da Laçın şəhərində 431 ailənin, yəni 1627 nəfərin daimi məskunlaşması təmin olunub.

Qeyd edək ki, köçürülən ailələrin Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimiz tərəfindən bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb.

08:45

Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı yanvarın 30-da Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu mərhələdə Laçın şəhərinə daha 23 ailə - 72 nəfər köçürülüb.

Doğma yurda qayıdan Laçın sakinləri torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.

Xatırladaq ki, indiyədək Laçın şəhərinə 431 ailənin, yəni 1627 nəfərin daimi məskunlaşması təmin edilib.

Paylaş:
455

Son xəbərlər

Azad edilmiş rayonlarda nə qədər iş yeri yaradılıb? - Statistika açıqlandıBu gün, 11:58Şəkərli diabetin müayinə və stasionar müalicəsi icbari tibbi sığorta ilə qarşılanırBu gün, 11:36FHN dəm qazı təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edibBu gün, 11:32Azərbaycan Prezidenti Mavritaniyanın dövlət başçısına təbrik məktubu ünvanlayıbBu gün, 11:22Dövlət başçısı Timor-Leste Demokratik Respublikasının Prezidentini təbrik edibBu gün, 11:19Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıbBu gün, 11:11“Bərgüşadçay” yedək gəmisi istismara verilibBu gün, 11:08İlham Əliyev Albaniya Prezidentini təbrik edibBu gün, 11:07Suqovuşan-Sərsəng su anbarı-Qozlukörpü-Kəlbəcər avtomobil yolunun inşası davam edir - FOTO - VİDEOBu gün, 11:02COP29 zamanı İçərişəhər və Qala muzeyləri 12000-dən artıq ziyarətçi qəbul edibBu gün, 11:00Paşa Kapitalda “SİMA İmza” ilə məsafədən hesab açmaq imkanı yaradılıbBu gün, 10:41LG telefon bazarını tərk etdiBu gün, 10:34Psixoloq: Oyuncaqlar uşaqların xarakterini formalaşdırırBu gün, 10:20Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilibBu gün, 10:11Bakıda yağıntılı hava şəraiti hökm sürür - FAKTİKİ HAVABu gün, 09:58Doktoranturada təhsil alanlar üçün xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçiriləcəkBu gün, 09:50Adil Kərimlinin X Qlobal Forumda məruzəsi dinlənilibBu gün, 09:46BDU-nun Astrofizika kafedrası: “Noyabrın 28-29-da geomaqnit qasırğası gözlənilir”Bu gün, 09:30AMB 28 noyabra olan valyuta məzənnələrini açıqladıBu gün, 09:29Bakıda qarlı havalara hazırlıq işləri görülür, texnikalar hazır vəziyyətə gətirilibBu gün, 09:20
Bütün xəbərlər