Parlamentin İntizam komissiyası yenidən formalaşdırılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Parlamentin İntizam komissiyası yenidən formalaşdırılıb

Qafar Ağayev12:17 - 01 / 02 / 2024
Parlamentin İntizam komissiyası yenidən formalaşdırılıb

Milli Məclisin İntizam komissiyası yenidən formalaşdırılıb.

1news.az "Report"a istinadən xəbər verir ki, bununla bağlı parlamentin İntizam komissiyasının yaradılması haqqında Milli Məclisin qərar layihəsi bugünkü plenar iclasda müzakirəyə çıxarılıb.

Komissiyanın tərkibinə yeni üzv əlavə edilib. Buna səbəb komissiyanın tərkibindəki deputatlardan biri Madər Musayevin vəfat etməsi ilə əlaqədardır. Dəyişikliklə həmin siyahıda deputat Kəmaləddin Qafarov yer alıb.

Xatırladaq ki, M.Musayev 2023-cü il iyulun 14-ü 76 yaşında vəfat edib.

Paylaş:
156

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər