Pirallahıda evdən 27 min manatlıq oğurluq olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Pirallahıda evdən 27 min manatlıq oğurluq olub

Qafar Ağayev12:46 - 02 / 02 / 2024
Pirallahıda evdən 27 min manatlıq oğurluq olub

Pirallahı qəsəbəsində evdən oğurluq edilib.

1news.az DİN-ə istinadən xəbər verir ki, Pirallahı qəsəbəsi ərazisində evlərin birindən 20.000 manat pul və 7000 manat dəyərində qızıl-zinət və məişət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.

Pirallahı Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Nəsir İbrahimov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Paylaş:
323

Son xəbərlər

Bütün xəbərlər