Səhiyyə Nazirliyi işğaldan azad olunan Füzuli şəhərində uşaqların kompleks tibbi müayinəsini təşkil edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Səhiyyə Nazirliyi işğaldan azad olunan Füzuli şəhərində uşaqların kompleks tibbi müayinəsini təşkil edib

Qafar Ağayev12:07 - 05 / 02 / 2024
Səhiyyə Nazirliyi işğaldan azad olunan Füzuli şəhərində uşaqların kompleks tibbi müayinəsini təşkil edib

“İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış” proqramı Azərbaycan Respublikasının əsas prioritetləri sırasındadır.

1news.az xəbər verir ki, Səhiyyə Nazirliyi işğaldan azad olunan ərazilərə köçürülən vətəndaşlar arasında sağlam həyat tərzinin təşviqi ilə bağlı aksiyalara və müxtəlif istiqamətlərdə tibbi müayinələrin keçirilməsinə başlayıb. Bu tədbirlərin başlıca məqsədi işğaldan azad olunan ərazilərə köçürülən əhali arasında fiziki aktivliyin təbliği, eyni zamanda vətəndaşların sağlamlığının daha da gücləndirilməsinə əlavə tövhə verməkdən ibarətdir.

Səhiyyə Nazirliyinin K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu tərəfindən keçirilən ilk belə tədbir fevralın 5-də işğaldan azad olunan Füzuli şəhərində baş tutub. Nazirlik tərəfindən təşkil olunan tədbir çərçivəsində Füzuli rayonunun işğaldan azad olunan ərazilərində yaşayan uşaqların kompleks tibbi müayinələri aparılıb.

Tibbi müayinə aksiyası uşaqların sağlamlıq vəziyyətinin müəyyən edilməsi və qiymətləndirilməsi, xəstəliklərin səbəblərinin erkən aşkar edilməsi, aradan qaldırılması və profilaktik tədbirlərin hazırlanması məqsədilə keçirilib.
Aksiya zamanı Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Pediatriya İnstitutunun pediatrları, uşaq cərrahı, kardioloq, nevroloq və oftalmoloq, o cümlədən funksional diaqnostika mütəxəssisləri (USM və Exokardioqrafiya üzrə mütəxəssislər) tərəfindən kiçik və böyük yaş qrupuna aid olan uşaqların müayinəsini aparıblar. Eyni zamanda, yerində tibbi məsləhətlər verilib, profilaktik baxışlar keçirilib və müvafiq müalicə təyin edilib.

Tədbir zamanı 150-dən çox uşaq həkimlər tərəfindən ümumi müayinədən, həmçinin ultrasəs və exokardioqrafiya müayinələrindən keçib.

Qeyd edək ki, Səhiyyə Nazirliyi tərəfindən işğaldan azad olunan digər ərazilərdə də davamlı olaraq tibbi müayinələrinin və maarifləndirici tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Paylaş:
225

Son xəbərlər

AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18“Sako” ləqəbli tiktoker saxlanılıbBu gün, 13:09Bakıda 21 yaşlı qız itkin düşübBu gün, 13:02“AzInTelecom” MMC “Africa Tech Festival 2024”də iştirak edibBu gün, 12:55Bakıda bir neçə marşrut xətləri üzrə elektrobuslar fəaliyyətə başlayıbBu gün, 12:47Sabah hava necə olacaq? - ProqnozBu gün, 12:40Bu gündən Respublika Fənn Olimpiadalarına qeydiyyat başlayırBu gün, 12:37Yevlaxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü həbs edilibBu gün, 11:53DYP piyadalara müraciət edibBu gün, 11:33MÜTDA təhsil müəssisələrinin istilik təminatı ilə bağlı məlumat yayıbBu gün, 11:17Abşeronda həyətyanı sahədən sursatlar tapılıb - FOTO - VİDEOBu gün, 11:12Ötən gün yanğınlar zamanı 5 nəfər təxliyə edilibBu gün, 10:27Sabah Xankəndidə tibbi aksiya keçiriləcəkBu gün, 10:20Mingəçevir su anbarında zəlzələ olubBu gün, 10:01BMT “ASAN xidmət”i 4 qitədə təşviq edəcəkBu gün, 10:00Ölkə ərazisindəki bəzi çaylarda sululuq artıbBu gün, 09:46AZAL-dan “Uçuran Cümə” kampaniyası: aviabiletlərə 30%-dək endirimBu gün, 09:39
Bütün xəbərlər