Yasamal İcra Hakimiyyətinin başçısı səs verib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Yasamal İcra Hakimiyyətinin başçısı səs verib - FOTO

Qafar Ağayev14:18 - 07 / 02 / 2024
Yasamal İcra Hakimiyyətinin başçısı səs verib - FOTO

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov prezident seçkilərində səsvermə hüququndan istifadə edib.

1news.az xəbər verir ki, o, 17 saylı Yasamal 3-cü seçki dairəsinin 1 saylı məntəqəsində səs verib.

Qeyd edək ki, 17 saylı Yasamal 3-cü seçki dairəsinin 1 saylı məntəqəsinin dislokasiyasında 1374 seçici qeydə alınıb.

Xatırladaq ki, Bu gün Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilir. Seçkilərdə Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özləri tərəfindən irəli sürülən Zahid Oruc və Fuad Əliyev mübarizə aparır.

Foto: Nadir İbrahimli

Paylaş:
488

Son xəbərlər

Bütün xəbərlər